Lider TV

Akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olundu


Təbiətşünas alim, əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyevin sərəncamına uyğun olaraq silsilə tədbirlər baş tutub. Görkəmli alimin şərəfli həyat yoluna nəzər salınıb. Azərbaycanda coğrafiya və topaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşdirilməsində akademik Həsən Əliyevin böyük rolu olub. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən yubiley mərasimində akademiyanın prezidenti Akif Əlizadə səsləndirdi. Bildirdi ki, alim zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “Akademik Həsən Əliyev və Azərbaycanda təbiəti mühafizə “ mövzusunda çıxış etdi. Qeyd etdi ki, təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması akademikin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib. Əməkdar elm xadimi Həsən Əliyevin 110 illik yubileyi Bakı Dövlət Universitetində də qeyd olndu. Beynəlxalq elmi-praktik konfrans təşkil edildi. Azərbaycanda ətraf mühitin mühafizəsinə dair ilk kafedranın Bakı Dövlət Universitetidə açılması ideyasının təşəbbüskarı olduğu vurğulandı. İki gün davam edəcək konfransda 300 dən çox məruzə dinlənilənəcək.

Mehman Davudoğlu




21:00 / 26.12.2017     Çap et  Çap et