Lider TV

Ermənistan SSRİ-dən azərbaycanlıların deportasiyasıyla bağlı Stalinin qərar verməsindən 70 il ötür


Bu gün Ermənistan SSRİ-dən azərbaycanlıların deportasiyasıyla bağlı Stalinin qərar verməsindən 70 il ötür. 1947-ci ilin dekabrın 23-də SSRİ nazirlər sovetinin 4083 saylı qərarına əsasən 1947-50-ci illər arasında Azərbaycanlıların Ermənistandan Azərbaycan SSRİ-nin Kür - Araz düzənliynə məcburi köçürülməsi kimi insanlığa zidd addıma start verildi. Bu qərarın arxasında daha çox imperiya ambisiyaları dururdu. Bununla azərbaycanlıları yurdlarından didərgin salaraq, onların yaşadıqları ərazilərə dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməniləri yerləşdirməklə Azərbaycan ərazilərində ermənilərin tədricən məskunlaşdırılması planın növbəti mərhələsi həyata keçirildi. Bu addımın nəticəsində isə Ermənistan SSRİ-də yaşayan azərbaycanlıların sayı 2 dəfə azaldı.




19:00 / 23.12.2017     Çap et  Çap et