Lider TV

2016-cı ildə Azərbaycanda 2 min 439 nəfər minalardan zərər çəkib


2016-cı ildə Azərbaycanda 2 min 439 nəfər minalardan zərər çəkib. Onlardan 383 nəfər ölüb, 2 min 56 nəfər isə yaralanıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfxanov bidirdi ki, 61 ölkənin ərazisində minaların məhv edilməsi nəticəsində 170 kvadrat km ərazi minalardan təmizlənib. 232 min ədəd piyada əleyhinə, 29 min ədəd tank əleyhinə mina məhv edilib. 2017-ci ildə isə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan əziyyət çəkdiyi barədə məlumat daxil olub. Onlardan 2 nəfər həlak olub və 1 nəfər isə yaralanıb.




21:00 / 15.12.2017     Çap et  Çap et