Lider TV

«Qazprom» erməni serapatcı rejimi təbii qazla təmin edir


«Qazprom» erməni serapatcı rejimi təbii qazla təmin edir. Şirkətin bu addımı beynəlxaq qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Rusiya bununla Dağlıq Qarabağ münaqişəsinin uzun müddət tənzimlənməmiş qalmasına marağını nümayiş etdirir. Politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında belə deyib. Bildirib ki, son aylarda Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəalliq elə də ciddi nəticə vermədi. Politoloq deyir ki, Cenevrə görüşü dialoqun başlanğıcı kimi qəbul edilir. Həmsədrərin iştirakı ilə sonuncu dəfə Azərbaycan və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin Vyanada keçirdiyi görüşdə də tərəflər münaqişənin həlli istiqamətində hər hansı bir razılığa gələ bilməyiblər. Mübariz Əhmədoğlunun sözlərinə görə 2014-cü ildə Paris görüşü zamanı razılaşdırılmış Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsində də ermənistan tərəfi maraqlı deyil.




21:00 / 15.12.2017     Çap et  Çap et