Lider TV

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Qazaxıstanda keçiriləcək


Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti 2018-ci ilin yazında Qazaxıstanın Astana şəhərində keçiriləcək. Bu barədə Rusiya prezidentinin xəzəryanı ölkələrlə humanitar və istisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov məlumat verib. Dövlət başçılarının sammitində Xəzərin hüquqi statusuna dair artıq razılaşdırılmış yekun konvensiyanın imzalanması gözlənilir. Abdulatipov qeyd edib ki, hal-hazırda xarici işlər nazirlikləri xətti ilə razılaşdırmalar aparılır. Sammitin gələn ilin yazında konkret hansı gündə keçiriləcəyi isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifindən asılı olacaq.




13:00 / 13.12.2017     Çap et  Çap et