Lider TV

Yaşayış binasında yanğın baş verib


Mingəçevirdə yaşayış binasında yanğın baş verib. Hadisəyə 9 mərtəbəli binanın liftində yaranan nasazlıq səbəb olub. Şaxtanın birinci mərtəbəsindəki hissəsindən başlayan alov qısa zamanda güclənib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alovun mənzillərə keçməsinin qarşısı alınıb, 30-dan çox bina sakini təxliyə edilib. Buna baxmayaraq, yanğın zamanı 6 sakin, 60 yaşlı Paket Mikayılova, 36 yaşlı Səbuhi Əhmədov, 29 yaşlı Röyal Quliyev, 25 yaşlı Nərgiz Əvəzqızı, 8 yaşlı Şahin Pənahov və 3 yaşlı Tahirə Nəcəfova tüstüdən zəhərləniblər. Mingəçevir şəhər xəstəxanasına çatdırılan zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Yanğın nəticəsində liftin şaxtasında 1-ci mərtəbədən 9-cu mərtəbəyədək keçən bütün elektrik naqilləri yararsız hala düşüb.




21:00 / 12.12.2017     Çap et  Çap et