Lider TV

Narkotik vasitə satmaq istəyən İran vətəndaşı saxlanılıb


Cəlilabadda narkotik vasitə satmaq istəyən İran vətəndaşı saxlanılıb. Məlum olub ki, sərhəd buraxılış məntəqəsindən qanuni yolla Azərbaycan ərazisinə keçən sabir dərgahi burada digər iran vətəndaşı, əli adlı şəxsdən heroin əldə edib. Polisin keçirdiyi əməliyyat zamanı o, iş başında, həmin narkotik maddəni şərti alıcıya satarkən yaxalanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.




21:00 / 05.12.2017     Çap et  Çap et