Lider TV

Sərnişin daşıyan avtobus qəzaya uğrayıb


Salyanda sərnişin daşıyan avtobus qəzaya uğrayıb. Ələt-Astara yolunun Sarvan kənd ərazisindən keçən hissəsində Balakən rayon sakini, 63 yaşlı Səhruddin Göylərovun idarə etdiyi avtobusla qarşıdan gələn «Mitsubişi» markalı minik avtomobili toqquşub. Nəticədə, avtobusun sərnişinləri - Lənkəran sakini, 53 yaşlı Tükəz Rəhimova, Biləsuvar sakini, 49 yaşlı Maral Qasımova, minik avtomobilinin sürücüsü, Salyan sakini, 57 yaşlı Elşən və onun həyat yoldaşı 54 yaşlı Rahilə əhədovalar yaralanıblar. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməkliyi ilə əzilmiş maşından çıxarılıb. Salyan mərkəzi rayon xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, qəza avtobusda yaranan texniki nasazlıq səbəbindən baş verib.




21:00 / 04.12.2017     Çap et  Çap et