Lider TV

Yanğın hadisələrində 3 nəfər həyatını itirdi


Salyan və Sabirabadda ölümlə nəticələnən yanğın hadisələri baş verib. Sabirabadd qeydə alınan yanğında 55 yaşlı qadın, Salyanda isə iki azyaşlı bacı ölüb. Birinci tüstüdən boğulub, uşaqlar isə yanaraq dünyalarını dəyişiblər. Salyandakı faciəvi hadisə rayonun Boranıkənd kəndində, Novruz Bəhramiyə məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, ev təxminən 8 radələrində alovlanıb. Yanğın baş verən zaman evin sahibi Novruz, rayon mərkəzində olub. Evin xanimi isə həyətdə təsərrüfat işləri ilə məşğul olduğundan hadisədən gec xəbər tutub. Onu xəbərdar edən isə səhər yuxusundan erkən oyanan 3 yaşlı Əli olub. Ailənin sonbeşiyi evin yandığını görüb qorxudan çölə qaçır. Lakin onun içəridə qalan bacıları üçün gec olur. Alov genişləndiyindən ana qızlarını çıxara bilmir. Köməyə ilk gələnlər də alov qarşısında acız qalırlar. 5 yaşlı Fatimə və 4 yaşlı Ceyranxatunu alovun içərisindən hadisə yerinə gələn yanğınsöndürənlər çıxarmağa müvəffəq olurlar - lakin təəssüf ki, onların yanmış cəsədləri tapılaraq aidiyyatı qurumlara təhvil verilir. Tamamilə yanaraq yararsız hala düşən evdə elktrik və təbii qaz təchizatı olub. Yanğına onların hansının səbəb olduğu isə hələlik bilinmir. Sabirabad rayon Nərimankənd kəndində baş verən yanğın zamanı evin bir otağı və çardağı yanıb. Tikilinin qalan hissəsi içərisində olan əşyalarla birgə alovdan qorunub. Operativ tədbirlərin görülməsinə baxmayaraq, ev sahibinin həyat yoldaşın xilas etmək mümkün olmayıb. Tüstüdən boğulan 55 yaşlı Kübra Qarayeva xəstəxanaya aparılarkən yolda ölüb. Hər iki faktala bağlı araşdırmalar aparılır, yanğının baş vermə səbəbləri öyrənilir.

Elman Əliyev




21:00 / 04.12.2017     Çap et  Çap et