Lider TV

Ağdaşda 2 nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib


Ağdaşda 2 nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib. Bakı-Şamaxı-Yevlax avtomagistralının Xosrov kəndi ərazisindən keçən hissəsində Ucar rayon polis şöbəsinin rəisinə məxsus “Nissan” markalı avtomobillə “Vaz” markalı avtomobil toqquşub. Nəticədə ikinci nəqliyyat vasitəsində olanlar, Ağdam rayonundan məcburi köçkün və Tərtərdə məskunlaşan ailənin 2 yaşlı övladı Sehirli Cihan Habil qızı və Ağdaşın Ərəb kənd sakini, 60 yaşlı Tehranə Məhərrəmova dünyasını dəyişib. Hadisə zamanı Ucar rayon polis şöbəsinin rəisi, Qəbələ sakini, 51 yaşlı Etibar Abdıyev və sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdaş rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.




21:00 / 30.11.2017     Çap et  Çap et