Lider TV

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Bu gün o, Pakistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşə qatılacaq. Mövlud Çavuşoğlu həmçinin "Asiyanın ürəyi-İstanbul prosesi"nin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Konfrans Əfqanıstan ətrafında baş verən proseslər, regionda sülh və sabitliyi gücləndirmək məqsədi ilə regional əməkdaşlığın artırılması məqsədi ilə keçirilir”. Həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də konfransda iştirak üçün Azərbaycana səfər edəcək. Görüşə qatılacaq digər bir tərəf pakİstanın xarici işlər naziri Kavaca Məhəmməd Asif isə artıq Azərbaycandadır.




09:00 / 30.11.2017     Çap et  Çap et