Lider TV

Rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılıb


Muzey Mərkəzində rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılıb. Tədbir muzey mərkəzinin sərgi qalereyasında gerçəkləşib. Mərasim Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektoru, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Sənətsevərlərin böyük marağına səbəb olan ekspozisiyada 200-dən çox əsər təqdim olunub. Rəssamın əsərləri ölkəmizdə həmçinin də onun hüdudlarından kənarda bir çox məşhur muzeylərdə, şəxsi kolleksiyalarda sərgilənib. İki yüzədək sənət əsərinin nümayiş olunduğu sərgi, dekabrın 2-dək ziyarətçilər üçün açıq qalacaq.




11:00 / 29.11.2017     Çap et  Çap et