Lider TV

Gənc rəssam Nəzrin Kazımzadənin ilk fərdi sərgisi


Müasir İncəsənət Mərkəzində istedadlı gənc rəssam Nəzrin Kazımzadənin fərdi sərgisi baş tutub. Sərgidə fırça ustasının 25-ə yaxın əsəri nümayiş olunub. Nəzrin Kazımzadə deyir ki, bu sahəyə marağı uşaq vaxtından yaranıb. Müxtəlif kurslarda təlim keçib, yarışlara qatılıb. Əldə etdiyi uğurlar onu daha da həvəsləndirib. Daha çox yağlı boya ilə işləməyə üstünlük verir. İxtisasca rəssam olmasa da, bu sahədə zirvələr qət edəcəyinə əmindir. Mərasimdə bildirildi ki, sərgidə yer alan əsərlər müxtəlif mövzulardadır. Onlar arasında yenisi də var illər öncə çəkiləni də. Hər birində gənc rəssamın özünəməxsus üslubu hiss olunur. İlk baxışdan müəllifin təbiət və gözəllik vurğunu olduğu nəzərə çarpır. Çoxsaylı əsərlərində ekzotik mənzərələr ustalıqla canlandırılıb. Nəzrini yaxından tanıyanlar onu daim axtarışda olan fırça ustası kimi xarakterizə edirlər. İncə zövqlə işlənən əl işləri rəssam haqqında geniş təəssürat yaradır. Təsadüfi deyil ki, o gənclər fondunun 10-cu qrant müsabiqəsinin qalibi adına layiq görülüb. Gənc rəssam Nəzrin Kazımzadənin fərdi sərgisi gənclər fondunun dəstəyi ilə baş tutub.

Mehman Davudoğlu




11:00 / 27.11.2017     Çap et  Çap et