Lider TV

Bakıda ilk dəfə iranlı xanım rəssamların sərgisi açılıb


İlk dəfə olaraq Azərbaycan Rəssamlar İttifaqında iranlı xanım rəssamların əsərlərinin sərgisi açılıb. Sərgi İranın ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Bildirilib ki, sərgidə İran müasir rəssamlığına aid müxtəlif mövzulu sənət əsərləri yer alıb. Ekspozisiyada xanım rəssamlar: Haniye Azmudi, Məhvəş Suheyli və Fatimə Qəvamının ümumilikdə 60-dək sənət əsəri nümayiş olunur. Nümayiş olunan əsərlərin məna və məzmun baxımından mükəmməlliyini qeyd edən çıxışçılar iranlı üç xanım rəssamın sənətini yüksək dəyərləndiriblər. Sərgi 10 gün müddətində ziyarətçilər üçün açıq qalacaq.




19:00 / 25.11.2017     Çap et  Çap et