Lider TV

Qəza zamanı 12 nəfər yaralanıb


Goranboyda içərisində 9 nəfərin olduğu kiçik minik avtomobili ağır qəzaya uğrayıb. Rayonun bəşirli kəndində "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub. Qəza zamanı 12 nəfər yaralanıb. Məlumata görə, 9 nəfər, toy mərasimindən qayıdan ailə üzvləri birinci avtomobildə olublar. Hadisə nəticəsində xəsarət alan şəxslərdən 1-i, 14 yaşlı Kənan Məmmədov Goranboy rayon mərkəzi xəstəxanasına, 6-sı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 azyaşlı isə Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına aparılıb. Tibbi müdaxilələrə baxmayaraq, uşaqlardan biri, 7 yaşlı Nicat Əliyev xəstəxanada dünyasını dəyişib. Qəzanın səbəbləri araşdırılır.




13:00 / 22.11.2017     Çap et  Çap et