Lider TV

Yükdaşımaların tarifi aşağı salınıb


2018-ci ildə beynəlxalq Transxəzər nəqliyyat marşurutu ilə ən azı 3 milyon ton yük daşınması planlaşdırılır. İlin sonuna kimi bu göstərici 1,3 milyon ton olacaq. Bu barədə Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxsləri Birliyinin ümumi yığıncağında məlumat verilib. Yığıncaqda həmçinin 2018-ci il üçün Bakı-Tiflis - Qars dəmir yolu üzrə tariflər də müzakirə edilərək aşağı salınıb. 2017 –ci il üçün Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutu üzrə daşınması planlaşdırılan yüklərin 80 faizi ilin 10 ay ərzində icra olunub. İlin sonuna kimi, 1,3 milyon ton yük daşınması gözlənilir. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, Bakı-Tiflis–Qars yolu Azərbaycana böyük dividentlər qazandıracaq. Cavid Qurbanov deyir ki, ölkəmizin təkcə Qazaxıstanla yük dövriyyəsi ötən illə müqafisədə 251 faiz artıb. Şimal – Cənub lahiyəsi çərcivəsində Rəşt – Astara dəmir yolunun tikintisinə 2018-ci ilin dekabrında başlanılacaq. Bu məqsədlə ölkəmiz İrana 500 milyon dəyərində kredit də ayırıb. 2020-ci ilə kimi dəmir yolunun 164 km – nin hazır olması planlaşdırılır. Qeyd edək ki, toplantıda daşınmanın həcminə dair planın təsdiqlənməsi, tariflər və üzvlük planın təsdiqlənməsinə dair mühüm sənədlər imzalanıb.




21:00 / 15.11.2017     Çap et  Çap et