Lider TV

Türkiyə və Rusiya prezidentlərinin görüşü keçirilib


Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş başa çatdıqdan sonra liderlərin iştirakı ilə mətbuat konfrası keçirilib. Ərdoğan bildirib ki, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub. Ərdoğan deyib ki, martda səfərim zamanı kənd təsərrüfatı məhsullarının Rusiyaya daxil olmasına icazə verilməsi və vətəndaşlarımızın iş icazəsi ilə bağlı Putin bizə müjdə vermişdi. Bu müddət ərzində iqtisadi sahədə olan maneələrin aradan qaldırılması üçün fəaliyyətimizə davam etdik. Viza rejiminin əvvəlki qaydada sadələşdirilməsi xüsusi önəm kəsb edir”. Suriya böhranına toxunan Türkiyə lideri onu əlavə edib ki, tərəflər siyasi həll prosesinə yaxın bir nöqtəyə çatmağı bacarıb. Putin də öz növbəsində Rusiya-Türkiyə əlaqələrin böhrandan əvvəlki səviyyəyə çatdığını qeyd edib. Putin bildirib ki, energetika sahəsində əməkdaşlığa yenidən nəzər salınıb. Bundan əlavə, akkuyu nüvə stansiyasının inşası ilə bağlı hər an inşaat işlərinə başlaya bilərik”. Kreml rəhbəri onu da əlavə edib ki, Suriya böhranının həlli üçün tərəflər arasında dialoq mühiti formalaşdırılır.




11:00 / 14.11.2017     Çap et  Çap et