Lider TV

Dünəndən günəşdə irimiqyaslı plazma qasırğası başlayıb


Dünəndən günəşdə irimiqyaslı plazma qasırğası başlayıb. Bunu ABŞ-ın kosmik fəzanın tədqiqi agentliyinin alimləri bildiriblər. Onların sözlərinə görə, qasırğanın başvermə səbəbini və nə vaxta kimi davam edəcəyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Məlumata görə, plazma qasırğası günəşdə geomaqnit qasırğalarının yaranmasına zəmin yaradır. Alimlər vurğulayıblar ki, plazma qasırğaları nadir hallarda qeydə alınır. Xatırladaq ki, noyabrın 7-si və 8-də də günəşdə qasırğa baş verib. Qasırğa noyabrın 9-u və 10-da maksimuma çatıb. Bu gün isə nisbətən zəifləyəcəyi gözlənilir. Noyabrın 15-də yenidən geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.




19:00 / 11.11.2017     Çap et  Çap et