Lider TV

Tələbələrin etirazı artır


Ermənistanda “Hərbi xidmət və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə qarşı tələbələrin aksiyası hələ də davam edir. Aksiyanın dördüncü günündə İrəvan Dövlət Univeritetinin qarşısına toplaşan etirazçılar dərs prosesini boykot ediblər. Universitetin bütün korpuslarından etiraz yürüşü ilə keçən erməni tələbələr ali qanunverici orqandan möhlət hüququnun bərpa olunmasını tələb ediblər. Baş nazir, müdafiə və təhsil nazirilə dünənki görüş bir nəticə vermədiyindən, tələbələr daha sonra parlamentdəki müzakirələrdə iştirak etmək üçün bu orqana yürüş ediblər. Xatırladaq ki, Ermənistandakı etiraz aksiyalarına səbəb parlamentin tələbələrə təhsil aldığı dövrdə hərbi xidmətdən möhlət hüququnu ləğv edən qanun layihəsini dəstəkləməsidir.




21:00 / 10.11.2017     Çap et  Çap et