Lider TV

Azərbaycan bundan sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcək


« Azərbaycan 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcək Azərbaycan 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcək». Bunu müdafiə naziri Zakir Həsənov NATO-nun Əfqanıstandakı qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə bildirib. Zakir Həsənov ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfəni qeyd edərək Əfqanıstana yardım məqsədilə təlim, təhsil, infrastruktur, nəqliyyat, investisiya və digər sahələrdə müxtəlif proqramların həyata keçirildiyini xüsusi vurğulayıb. Keçən həftə açılışının həyata keçirildiyi Bakı-Tbilisi-Qars dəmir yolunun böyük geosiyasi məkanda tarixi əhəmiyyətini xüsusi qeyd edən müdafiə naziri, bu layihənin Avropa və Asiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini, o cümlədən qətiyyətli dəstək missiyasının ehtiyaclarının yerinə yetirilməsi üçün böyük imkanlar yaratdığını da diqqətə çatdırıb.




09:00 / 10.11.2017     Çap et  Çap et