Lider TV

“23-ün rəssamları” adlı sərgi keçirilib


Azərbaycan Rəssamlar İttifaqında maraqlı sərginin açılışı olub. “23-ün rəssamları” adlı nümayiş Rəssamlar İttifaqı ilə 23 nömrəli məktəbin birgə layihəsi əsasında təqdim edilib. Sərginin ərsəyə gəlməsində ümumilikdə 20-dən artıq şagirdin əməyi olub. Onlar batika, peyzaj, portret və digər janrlarda hazırladıqları 100-dən artıq rəsmi təqdim etdilər. Bir- birindən maraqlı və baxdıqca insanı düşündürən rəsmlər qonaqların da ürəyincə oldu. Azyaşlıların belə gözəl qabiliyyətə malik olmaları və rəssamlığa olan həvəsləri yüksək qiymətləndirildi.
Sərgidə iştirak edən xalq rəssamlarımız da rəsmlərə biganə qalmadılar. Hər şəkildə sənətə böyük məhəbbəti hiss edən sənatkarlar gələcəkdə də onlara dəstək olacaqlarını bildirdilər. “23-ün rəssamları” bir həftə ərzində rəsmsevərlərin ixtiyarında olacaq. Məktəblə İttifaq arasında olan əməkdaşlıq isə uzun müddət davam edəcək. Rəssamlar İttifaqından o da bildirildi ki, sərginin nəticəsi olaraq hər bir əl işinin sahibinə sonda xüsusi diplom təqdim ediləcək.

Aysel Nəbiyeva




03:00 / 08.11.2017     Çap et  Çap et