Lider TV

“Baku” jurnalının 10 illiyinə həsr olunan konsert keçirilib


Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Luka Safronov “Baku” jurnalının 10 illiyinə həsr olunan solo konsert proqramı ilə çıxış edib. Konsert “Baku” jurnalı, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsertdə iştirak ediblər.
1990-cı il oktyabrın 31-də Moskvada anadan olan Luka Safronov nəinki Rusiyada, onun hüdudlarından kənarda da gənc pianoçu kimi sevilir. Safronov pianoda çalmağa 5 yaşından başlayıb. Altı yaşından isə artıq beynəlxalq müsabiqənin kiçik yaş qrupunda çıxış edib. Pianoçu Böyük Britaniya, İtaliya, Bolqarıstan, İsveçrə və digər ölkələrdə keçirilən 16 beynəlxalq müsabiqənin laureatıdır. Gecədə tanınmış pianoçunun ifasında dünya şöhrətli bəstəkarlar Bethoven, Şopen, Raxmaninov və Çaykovskinin əsərləri səsləndirdi. O, indiyədək bir neçə xeyriyyə konsertlərində, ümumilikdə isə mindən çox konsertdə iştirak edib.
“Baku” jurnalı 2007-ci ildən Moskva şəhərində rus dilində nəşr olunur. Baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan jurnal indiyədək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb.




11:00 / 07.11.2017     Çap et  Çap et