Lider TV

“Şəkərsiz“ adlı sərginin açılışı olub


“Art tower“ qalereyasında Türkiyənin məşhur heykəltəraşı Sevincinin “Şəkərsiz“ adlı sərgisi açılıb. Ekspozisiya sosial xarakter daşıyır. Maarifləndirici xarakter daşıyan sərgi insanları şəkərdən uzaq olmağa çağırır. Xanım sənətkar orqan köçürtmə kimi qəliz və çətin prosesin iştirakçısı olub və o görüntüləri əl işlərinə yansıdıb. Müəllif bu əsərləri 2011-2013 ci ildə hazırlayıb. Sərgi mədəniyyət və turizm nazirliyi, “ İçəri şəhər “ Dövlət tarix-memarlıq qoruğu idarəsi və “Arts counsil Azərbaycan“ təşkilatının təşəbbüsü ilə gerçəkləşib. Sənət əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi noyabrın 12-nə dək ziyarətçilər üçün açıq olacaq.




11:00 / 03.11.2017     Çap et  Çap et