Lider TV

Ermənistanın Azərbaycana qarşı təcavüzü BMT-də müzakirə edilib


BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində üçüncü komitənin iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi qaldırılıb. İclasda Azərbaycan təmsilçisi diqqəti Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, eləcə də Ermənistanda monoetnik dövlət yaradılması faktına yönəldib. Habelə, Ermənistanın ölkəmizə qarşı müharibəyə başladığı, kütləvi şəkildə etnik təmizləmə apardığı, işğal altındakı ərazilərdə Azərbaycan xalqının mədəni irsinin məhv edildiyi vurğulanıb. Azərbaycan təmsilçisi nifrət və şiddətə təşviq etməklə tanınan Ermənistan rəhbərliyini irqçi ideologiyadan imtina etməyə və öz qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməyə çağırıb.




13:00 / 02.11.2017     Çap et  Çap et