Lider TV

Bal yarmarkasında endirimlər başladı


Bakıda keçirilən bal yarmarkasının bitməsinə sayılı günlər qalır. Arıçılar bal və bal məhsullarına endirimlər təşkil ediblər. Hətta 3 kq. bal alana 1 kq. həddiyə də olunur. Fürsəttən yararlanmağa dəyər. Kənd Təsərüfatı Nazirlyi və Arıçılar Asosasiyası tərəfindən builki bal yarmarkasına ümümilikdə 127 ton bal çıxarılıb,bunun da yoxlamalar zamanı 20 tonu saxta bal olduğuna görə satışdan çıxarılıb. Bal yarmarkasının sona çatmasına bir neçə gün qaldığına görə arıçılar da öz məhsullarına endirimlərlə yanaşı, güzəştli kampaniyalar da təklif edirlər. Qeyd edək ki, bu ilki bal yarmarkasına müxtəlif növ bal çıxarılıb, qiymətlər də 15 manatdan 50 manatadək dəyişir.




21:00 / 01.11.2017     Çap et  Çap et