Lider TV

Görkəmli pianoçunun Bakıda növbəti ustad dərsləri


Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, uzun illərdir Fransada yaşayan pianoçu, professor Adilə Əliyeva növbəti ustad dərsləri ilə paytaxtımızın qonağıdır. Dərslər Bakı Musiqi Akademiyasında 3 gün ərzində keçirilir.
Ustad dərslərinin Bakı Musiqi Akademiyasında baş tutması təsadüfi deyil. Bu məkan Adilə Əliyeva üçün doğmadır. Bir zamanlar özü burda təhsil alıb. Bu gün isə akademiyada ödənişsiz ustad dərsləri keçir.
Adilə Əliyeva 25 ilə yaxındır ki, Fransada yaşayır. 50-dən çox ölkənin konsert salonunda çıxış edib. Onun adına Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Əməkdar artist ümüd edir ki, bu günkü dərslərin nəticəsi olaraq gənclər özlərini həmən müsabiqələrdə sınaya bilərlər.
Oktyabrın 30-da başlayan ustad dərslərı 3 gün davam edəcək. Dərslərdə istənılən şəxs əvvəlcədən qeydıyyatdan keçməklə iştırak edə bılər. Əməkdar artist Adilə Əliyevanın Bakıya səfəri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasının tələbələri ilə də görüşü keçiriləcək.
Mehman Davudoğlu




11:00 / 31.10.2017     Çap et  Çap et