Lider TV

Maye qazdoldurma məntəqəsində partlayış baş verib


FHN Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb. Ağcabədi rayonunun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “Zil” markalı qazdaşıyan avtomobilin yanar hissələri və operator otağının dam örtüyü qismən yanıb, qapısı və şüşələri qırılıb. İlkin məlumata görə, 1 nəfər - 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tutumu 10 ton olan yerüstü çən mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumatın veriləcəyi bildirilib.




09:00 / 31.10.2017     Çap et  Çap et