Lider TV

Ermənistan ordusunda intihara cəhdlər artır


Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindəki hissələrədə acınacaqlı vəziyyətə dözməyərək xidmətdən yayınmaq məqsədilə hərbi qulluqçuların özlərinə xəsarət yetirmələri və qəsd etmələri hallarının sayı xeyli artıb. Sosial şəbəkələrdə yayılan məlumata görə bir neçə gün əvvəl hərbi qulluqçu Rafael Hakopyan özünə qəsd etmək məqsədilə qolunu kəsici alətlə doğrayıb. Hadrut rayonunun Draxtik yaşayış məntəqəsində xidmət edən əsgər Soso Davityan isə əllərinə ağır xəsarət yetirib. Digər bir hadisə isə hərbi qulluqçu Aram Gevorkyan tərəfindən törədilib. Uzun müddət dəyişilmədən daim döyüş mövqeyində saxlanılan Gevorkyan özünə odlu silahla xəsarət yetirməyə cəhd göstərib. Hərbi qulluqçu barəsində cinayət işi başlanılıb. Son hadisə zamanı isə əsgər Karen Avetisyan ağır xidməti şəraitə tab gətirməyərək intihar etməyə məcbur olub.




21:00 / 30.10.2017     Çap et  Çap et