Lider TV

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşəcək


Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşəcək. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, layihənin icrasına 2007-ci ildə başlanılıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, eyni zamanda, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bundan əlavə, layihə iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.




11:00 / 30.10.2017     Çap et  Çap et