Lider TV

Gənc rəssam Zinyət Mirzəzadənin “Batikanın sehri” adlı fərdi yaradıcılıq sərgisi keçirilib


Azərbaycan Rəssamlar İttifaqında gənc rəssam Zinyət Mirzəzadənin “Batikanın sehri” adlı fərdi yaradıcılıq sərgisi keçirilib. Bildirilib ki, o, gənc olmağına baxmayaraq çox istedadlıdır. Bu da təsadüfi deyil çünki Zinyət Mirzəzadə xalq rəssamı Böyükağa Mirzəzadənin nəvəsidir. Rəssamlıq Akademiyasında təhsil alıb. Azərbaycan Rəssamlar İttifqının Gənc Rəssamlar və Sənətşünaslar Birliyinin üzvüdür. 2014-cü ildə “İpək fantaziyaları” adlı ilk sərgisi keçirilib.




09:00 / 30.10.2017     Çap et  Çap et