Lider TV

Goranboyda xəsarət alanların 19 nəfərinin adı açıqlanıb


Goranboyda pambıqçıları daşıyan avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların 19 nəfərinin adı açıqlanıb. Xəsarət alanlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 1962-ci il təvəllüdlü Bağırova Rəna Hüseyn qızının vəziyyəti ağır olduğu üçün Gəncə xəstəxanalarından birinə göndərilib. Digərləri isə Goranboy rayon Mərkəzi Xəstəxanasında tibbi yardım alır. Qəzaya düşən avtobusda 63 nəfər olub. Onlar rayonun Qaraçinar və Şəfəq kənd uşaq bağcalarının işçiləridir.




19:00 / 28.10.2017     Çap et  Çap et