Lider TV

İrəvan teatrı yeni mövsümünün aşçılışını etdi


Yarat Müasir İncəsənət Mərkəzinin səhnəsində növbəti yaddaqalan mədəniyyət hadisəsi baş verib. Belə ki Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi yeni mövsümün açılışını, Yaratın səhnəsində gerçəkləşdirib. 136-ci mövsüm də anşlaqla qarşılanıb.
Açılış mövsümü bu dəfə görkəmli əfqan yazçısı Xalid Hüseyinin bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” adlı ikihissəli dram əsasında gerçəkləşdi. Teatr kollektivinin böyük əməyi nəticəsində hazırlanan səhnə əsəri elətamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Elvin Mirzəyevin quruluş verdiyi tamaşa aktyor heyyətinin xüsusi improvizləri ilə də daha da yadda qalan oldu.
Tamaşa Əfqanistan müaharibəsinin qurbanı olan iki qadının həyat hekayəsindən bəhs edir. Onların düşdüyü vəziyyət, qarşılaşdığı çətinliklər səhnə əsərində öz əksini tapır. Cəmiyyətlə, həyatla daramatik savaş sonda hər iki qadının uğuru ilə nəticələnir. Mədəniyyət ocağından onu da bildirlər ki, yaxın günlərdə növbəti tamaşanın nümayişi ilə tamaşaçılarını sevindirəcəklər.

Günel Səfərli




11:00 / 27.10.2017     Çap et  Çap et