Lider TV

Futbol üzrə Azərbaycan premyer liqasında 10-cu tura start veriləcək


Bu gün futbol üzrə Azərbaycan premyer liqasında 10-cu tura start veriləcək. Turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında "Qarabağ" və "Səbail" komandaları üz-üzə gələcək. Suraxanı qəsəbə stadionunda keçiriləcək görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Bu matçda tərəflər ölkə çempionatlarında tarixində ilk dəfə üz-üzə gələcək. Oyunun start fiti saat 19:00-da səslənəcək. Qeyd edək ki, tura oktyabrın 29-da yekun vurulacaq.




11:00 / 27.10.2017     Çap et  Çap et