Lider TV

Corc Sorosa qarşı münasibət dəyişir


“Beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktioru Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar”. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosla bağlı yaranan vəziyyətə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Sorosa qarşı münasibət dəyişməyə başlayır, özü də Avropadan. Qeyd edək ki, Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Demokratik yolla seçilmiş bir sıra liderlər onun pulu nəticəsində satın alınan siyasətçilərə qarşı mübarizənin çətin olacağından narahatlıq ifadə ediblər. Artıq Avstriyanın baş naziri Sebastian Kurz ötən gün Sorosun “Açıq cəmiyyət” fondunun ölkəsində bağlanması üçün 28 gün vaxt verib.




21:00 / 24.10.2017     Çap et  Çap et