Lider TV

Boksçumuz erməni rəqibini məğlub etdi


Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb. 56 kq çəkidə çıxış edən Orxan Həsənov 1/8 finalda ermənistanlı Jirayr Sarqsyanla qarşılaşıb və rəqibinə heç bir şans verməyib - 5:0. 3 boksçumuz isə məğlubiyyətlə üzləşərək mübarizəni dayandırıb. 1/4 final görüşləri bu gün və sabah keçiriləcək.




11:00 / 24.10.2017     Çap et  Çap et