Lider TV

Feyxoa yığımına başlanılıb


Astarada feyxoa yığımına başlanılıb. İlk dərimin məhsulu bu il də Rusiya bazarlarına göndərilir. Məhsuldarlıq isə çox aşağıdır. Məhsulun kütləvi yığımına bir neçə gündür başlanılıb. İlkin mərhələd tezyetişən svetli, nikitinski, bervenes sortları yığılır. Astara rayonu üzrə bu günə qədər bağlardan 150 tona yaxın məhsul toplanılıb. Tədarük olunan məhsulun əsas hissəsi Rusiyaya ixrac olunur. Qayıdaq məhsuldarlığın və meyvənin keyfiyyətinin aşağı olması məsələsinə. Astarada illərdir yaşanan problem bu il özünü daha qabarıq şəkildə göstərib. Yay aylarında havanın quraq keçməsi və fermerlərin bağlarını suvara bilməmələri məhsula və məhsuldarlığa ciddi təsir gösdərib. Rayon kənd təsərrüfatı idarəsinin rəis əvəzi Etibar Abbasov deyir ki, dövlətdən dəstək gözləyirlər. Rayonun daxili imkanları hesabına problemin həllinin mümkün olmadığını bildirən idarə rəsmisinin sözlərinə görə, lazımi qurumlara təkliflər göndərilib. Qeyd edək ki, astarada ümümilikdə 550 hektara yaxın feyxoa bağları mövcuddur ki, onları 409 hektarında bar verən ağaclardır.
Vurğun Məmmədov




13:00 / 19.10.2017     Çap et  Çap et