Lider TV

Ermənistan prezidenti gülünc vəziyyətə düşüb


Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında gülünc vəziyyətə düşüb. Prezidentlərin görüşündə diqqət çəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub. Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zaman Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanı ümumi planda efirə verib. Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yuxulaması ilə bağlı ilk hal deyil.




09:00 / 12.10.2017     Çap et  Çap et