Lider TV

“Azərbaycan musiqi tarixi” kitabının ikinci cildi işıq üzü görüb


Akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının ikinci cildinin təqdimatı keçirilib. Bildirilib ki, nəşrdə 20-ci əsrdən günümüzədək olan musiqimizdəki yeniliklər xronolji ardıcıllıqla verilib. Kitabda Müslüm Maqomayev, Səid Rüstəmov və digər məşhur bəstəkarlarımızın yaradıcılıq arxivləri də təqdim edilib. Həmçinin qədim musiqi alətimiz barəd geniş informasiya toplanıb. Natiqlər “Azərbaycan musiqi tarixi” nəşrini zəngin ənənənin öyrənilməsi istiqamətində böyük mənbə olduğunu diqqətə çatdırıblar. Eyni zamanda incəsənət tədqiqatçıları üçün dəyərli arxiv olduğu vurğulanıb.




13:00 / 03.10.2017     Çap et  Çap et