Lider TV

Ağdaşda qanunsuz narkotik bitkilər yetişdirən şəxsi saxlanıb


Ağdaşda qanunsuz narkotik bitkilər yetişdirən və evində narkotik maddələr saxlayan şəxsi saxlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Pirəzə kənd sakini, 1976-cı il təvəllüdlü Eminov Məhəmmədiyə Xəlil oğluna məxsus evin həyətyanı sahədə xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları əraziyə baxış keçirərkən oradan ümumi çəkisi 207 kiloqram, hündürlüyü 4.5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib. Həmçinin əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və orada qanunsuz saxlanılan və ümumi çəkisi 145 qram olan qurudulmuş marixuana aşkar olunub. Məhəmmədiyyə Eminov polis əməkdaşlarına ilkin ifadəsində narkotik kollara vaxtaşırı qulluq etdiyini və həmin bitkilərdən narkotik vasitə hazırlayaraq özünün istifadə edəcəyini bildirib.




19:00 / 30.09.2017     Çap et  Çap et