Lider TV

“Qarabağ” komandası İtaliyanın “Roma” klubunun qəbul etdi


Bu gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “c” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası İtaliyanın “Roma” klubunun qəbul etdi. Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaqların minimal hesablı üstünlüyü ilə başa çatdı. Qarşılaşmada hesab erkən qolla açıldı. Matçın 7-ci dəqiqəsində “Roma”lılar künc zərbəsindən sonra hesabın açılmasına sevindilər. Matçın 15-ci dəqiqəsində italiyalılar hesab arasındakı fərqi artırdılar. Oyunun 28-ci dəqiqəsində “Qarabağ” komandası hesab arasındakı fərqi azaltdı. Rəqib qapısını ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qoluna imza atdı 1:2.
Oyunun ilk hissəsi bu hesabla başa çatdı. Qarşılaşmanın ikinci hissəsinə daha fəal başlayan ağdamlılar yaratdıqları qol fürsətindən yaralana bilmədilər. Beləliklə, “Qarabağ” – “Roma” oyunu italiyalıların minimal hesablı üstünlüyü ilə başa çatdı.




09:00 / 28.09.2017     Çap et  Çap et