Lider TV

Güclü leysan su basmalara səbəb olub


Güclü leysan Lənkəranda su basmalara səbəb olub. Şəhərin mərkəzi küçələrində yağış suları həyətlərə dolub, avtomobillərin, piyadaların hərəkətinə mane olub. Ayrı-ayrı məhələlərdə, Səttarxan, Kələntərlilər, Nəsimi və digər küçələrdə yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb. Sakinlərin sözlərinə görə, illərdir hər güclü yağış zamanı yaşanan bu duruma əsas səbəb su kanallarının və kanalizasiya xətlərinin düzgün işləməməsidir.




21:00 / 27.09.2017     Çap et  Çap et