Lider TV

Ölkəmizdə futbol bayramı yaşanacaq


Bu axşam Bakı Azərbaycan futbolunda ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinin oyununa ev sahibliyi edəcək. "Qarabağ" Bakı Olimpiya Stadionunda doğma azarkeşlərinə İtaliyanın "Roma" klubuna qarşı oyunuyla futbol bayramı yaşatmağa çalışacaq.
Oyunla əlaqədar Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də, taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq. Lakin əhalini rahatlığını təmin etmək məqsədilə şəhərin bir neçə nöqtəsində ekspress avtobuslar fəaliyyət göstərəcək.
Artıq sözügedən ərazilərdə quraşdırılma işləri gedir. Oyunu izləmək üçün stadiona gələnlər matç bitdikdən sonra həmin avtobuslarla geri qaytarılacaq. Avtobuslarla yanaşı Bakı Metropoliteni də gücləndirilmiş iş rejiminə keçəcək. Oyun bitdikdən sonra əhalinin metropolitendən rahat istifadə etməsi üçün qatarların sayı artırılacaq. Bu isə metroda sıxlığın yaranmasının qarşısını alacaq. Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlayacaq.
Rövşən Əhlimanoğlu




13:00 / 27.09.2017     Çap et  Çap et