Lider TV

Salyanın sosial-iqtisadi inkişafı daha da gücləndiriləcək


İki gün əvvəl prezident İlham Əliyevin Salyana səfəri çərçivəsində açlışını etdiyi obyektlər rayonun sosial-iqtisadi inkişafını daha da gücləndirəcək. Bu fikirlər prezident İlham Əliyevin Salyana səfərinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilən müşavirədə səsləndirilib. Dövlət başçısının son bir il ərzində rayona iki dəfə gəlişi bölgələrin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir, deyən salyanlılar, bildiriblər ki, prezident hər bir səfəri ilə növbəti uğurun əsasın qoyur. Qeyd olunub ki, ölkə rəhbəri sakinlərlə görüşündə rayonun kompleks şəkildə inkişaf etdirilməsi ilə əlaqədar görüləcək işlərə, o cümlədən Salyan-Şirvan yolunun əsaslı təmir ediləcəyinə diqqət çəkib. O da, vurğulanıb ki, ölkə başçısının bu dəfə açlışın etdiyi 110-35-10 kilovoltluq elektrik yarımstansiyası 31 min abonentin, xüsusi ilə strateji obyektlərin fasiləsiz enerji ilə təchizatını, Çuxanlı-Seydan avtomobil yolu isə 10-a yaxın kəndə rahat gediş-gəlişi təmin edəcək. Çıxış edənlər, bayarq muzeyinin yaradılmasını tariximizin qorunması, 1200 yerlik orta məktəb binasının istifadəyə verilməsini, həmçinin dəniz suyunuz duzsuzlaşdırılması müəssisəsinin fəaliyyətinin genişləndirilməsini gələcəyimizin etibarlı qurulması kimi dəyərləndiriblər.




11:00 / 26.09.2017     Çap et  Çap et