Lider TV

Avtomobil yeniyetmə qızı vuraraq öldürüb


Ağdamda avtomobil yeniyetmə qızı vuraraq öldürüb. Faciə Rayonun Xındırıstan kəndində yaşanıb. Saday Heydərov idarə etdiyi “Vaz” markalı avtomobillə 15 yaşlı Humay Qasımovanı vurub. Yeniyetmə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Sürücü saxlanılaraq rayon polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırmasından sonra qəzaya hüquqi qiymət veriləcək.




21:00 / 21.09.2017     Çap et  Çap et