Sərnişin avtobus sürücüsünü döyüb

Bakıda sərnişin avtobus sürücüsünü döyüb. Hadisə metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusda baş verib. “10 tg 034” nömrə nişanlı avtobusun sürücüsü Qüdrət Kərimov avtobusa arxa qapıdan minən qadın sərnişinə kəskin reaksiya verib. Və onun avtobusdan düşərək ön qapıdan minməsini istəyib. Sürücünün qadınla kobud rəftarı sərnişinlərdən birinin xoşuna gəlməyib. Və nəticədə o, avtobus sürücüsünü yumruqlayıb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə aparılıb, onun qaşına tikiş qoyulub.