Lider TV

Dünyanın ən yaşlı sakini-117 yaşlı Yamayka vətəndaşı öldü


"Mirror" nəşri dünyanın ən qoca sakininin - 117 yaşlı Yamayka vətəndaşı Vayolet Braunun ölümü haqda xəbər verib. Qadın 1900-cü ildə, ada hələ Britaniya imperiyasının tərkibində olarkən dünyaya gəlib. Braunun ölümü haqqında ada hökumətinin Baş Naziri Endryu Holnes xəbər verib. Onun ölümünün səbəbləri barədə məlumat verilmir. Xatırladaq ki, qadın italiyalı Emma Moranın ölümündən sonra dünyanın ən yaşlı insanı sayılırdı.




19:00 / 16.09.2017     Çap et  Çap et