Lider TV

Amerikalı baş aşpaz ABŞ prezidenti Donald Trampı və Şimali Koreya lideri Kim Çen Inı zəhərləmək istədiyini deyib


Amerikalı baş aşpaz, yazıçı və "Cnn" telekanalının aparıcısı Entoni Burden bildirib ki, ABŞ prezidenti Donald Trampı və Şimali Koreya lideri Kim Çen Inı zəhərləmək istəyərdi. o, bunu "TMZ" telekanalına müsahibəsində bildirib. Kim Çen Inla Trampın barışıq süfrəsinə nə gətirəcəyi barədə suala Entoni Burden "boliqolov", - cavabını verib. Boliqolov bütün hissələri çox zəhərli olan bitkidir. Ehtimala görə, Sokrat məhz boliqolov şirəsi ilə zəhərlənib. Əlbəttə, Burden zarafat edib. Yəni biz güman edirik ki, o, zarafat edib", - deyə "Mediaite" portalı müsahibəni şərh edib.




19:00 / 16.09.2017     Çap et  Çap et