Lider TV

Ermənistan ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır


“Ermənistan ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır.” Ermənistanın millət vəkili Napoleon Əzizyan “Ermənistan xəbərləri” portalına müsahibəsində belə deyib. Erməni deputat aprel döyüşlərindən sonra Ermənistan və Müdafiə Nazirliyi rəsmilərinin öz ordularının “gücü, qüdrəti, yüksək peşəkarlığı, döyüş qabiliyyəti” barədə verdikləri bəyanatların reallığı əks etdirmədiyini bildirib. Əzizyana görə Ermənistanın məhdud büdcəsinə rəğmən döyüş qabiliyyətli orduya malik olmasında Rusiya başlıca rol oynayır.




13:00 / 15.09.2017     Çap et  Çap et