Lider TV

Naxçıvanda ilk peşəkar milli ordu birləşməsinin yaranma günüdür


15 sentyabr Naxçıvanda ilk peşəkar milli ordu birləşməsinin yaranma günüdür. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu hərbi birləşmə 25 ildir ki Naxçıvan torpaqlarını göz bəbəyi kimi düşmən hücumundan qoruyur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ermənilərin Sədərək istiqamətindən naxçıvana hücumu Muxtar Respublikada güclü müdafiənin təşkilini reallaşdırdı. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Heydər Əliyev sentyabrın 7-də millimüdafiə komətisi yaratdı. İlk dəfə olaraq Muxtar Respublikada dövlət səviyyəsində ordu yaradıldı. 1992 -ci il sentyabrın 15-də isə 705 saylı əlahiddə gücləndirilmiş briqada yardıldı. Keçmiş zabit olan Kərəm Zellabdinov briqadanın ilk zabitlərindən idi. Həmin ərəfədə onunla bərabər 5 zabit Ali Məclisin sədri Heydər Əliyevlə görüşüb keçmiş Sovet ordusunun Naxçıvandakı qalıqları barədə söhbət edirlər.
Sonradan Heydər Əliyev təkidlə rus hərbi birləşməsini Naxçıvandan çıxardı. Amma onlara məxsus texnika Naxçvanda qaldı . 1992 ci il sentyabrın 15 də gücləndirilmiş briqada yaradılandan bir neçə gün sonra Heydər Əliyevin təşəbbüsü ilə bu meydanda parad təşkil elədi. Burda məqsəd nə idi ? Ordunun döyüş hazırlığını yoxlamaq, xalqın əhval ruhiyyəsini bilmək və əsgərlərin döyüşə hazırlıq vəziyyətini öz gözləri ilə görmək idi. Heydər Əliyevin qənaəti yüksək idi.
Naxçıvan torpağından bir qarış da olsun düşmənə verməyən bu ordu birləşməsi ildən-ilə güclənərək bu gün Muxtar Respublikanın müdafiə qüdrətinə çevrilib. Artıq Naxçıvanda beynəlxalq səviyyədə hərbi əməkdaşlıq etdiyimiz bir sıra ölkələrin hərbiçiləri ilə birlikdə təlimlər də keçirilir.




13:00 / 15.09.2017     Çap et  Çap et