Lider TV

«Qarabağ» Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq


Bu gün "Qarabağ" komandası Çempionlar liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Azərbaycan futbolu tarixində ilkə imza atan “köhlən atlar” Londondakı məşhur "Stemford bric"də “çelsi” ilə üz-üzə gələcəklər.
Təbii ki, "Dumanlı albion" təmsilçisi ilə görüş Qurban Qurbanovun rəhbərlik etdiyi komanda üçün heç də asan olmayacaq. Oyunun favoriti "Zadəganlar" olsalar da, məlum məsələdir ki, futbolçularımız da meydana məğlubiyyət üçün çıxmayacaqlar. Mütəxəssislə yanaşı idman yazarları da nəticə baxımından nikbindirlər. Lakin hər kəs "Qarabağ"ın adına layiq oyun sərgiləyəcəyinə ümid edir. İngiltərə premyer liqasının iştirakçısı, qitənin ən nüfuzlu klub turnirinin qalibi ilə qarşılaşmanı azarkeşlər də səbirsizliklə gözləyirlər. Onların da fikrincə "Qarabağ" rəqib meydanda yaxşı oyun sərgiləməlidir.
Qeyd edək ki, bu gün "Stemford bric"də keçiriləcək qarşılma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu Azərbaycan klubunun Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyunu olacaq.

Rövşən Əhlimanoğlu




09:00 / 12.09.2017     Çap et  Çap et